Prezident son 20 ildə iqtisadiyyata qoyulan investisiyanı açıqladı

22.04.2026

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Son iyirmi il ərzində iqtisadiyyatımıza 350 milyard ABŞ dollarından çox investisiya qoyulub ki, bunun da təqribən yarısı – 170 milyard ABŞ dolları xarici mənbələrdən gələn investisiyalardır.

Gununsesi.info xəbər verir ki, bu fikri Prezident İlham Əliyev aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışı zamanı səsləndirib.

“Beləliklə, investisiya üçün əlverişli mühitin yaradılması qarşımızda duran hədəflərdən biri idi və buna böyük mənada nail olunub”, – deyə dövlətimizin başçısı bildirib.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью