Icma.az bildirir, Modern.az saytına əsaslanaraq. “Prezident İlham Əliyev Rusiya ilə bağlı konkret mövqe ortaya qoydu.
Bunu Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxışı zamanı səsləndirdiyi mesajlardan açıq aydın görmək olar”.Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.Millət vəkili deyib ki, bu gün münasibətlərin gərginləşməsində məsuliyyəti Rusiya tərəfi daşıyır:“Azərbaycan tərəfi heç zaman münasibətlərin gərginləşməsində maraqlı olmayıb.
Amma biz arada Rusiya tərəfindən hər cür addımların atıldığını görürük.
Rusiya tərəfi bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir, müstəqil siyasət həyata keçirir.
Rusiya bu addımları atmaqla münasibətləri zədələyir. Əgər Rusiya tərəfi təzyiq dili ilə Azərbaycanla danışmağın mümkün olduğunu, təzyiq vasi
Bunun yolu təzyiqlərdən deyil, normal münasibətlərdən və bu münasibətlərin idarə olunmasından keçir.
Yəni, bu cür addımlarla, belə yanaşma ilə nəyəsə nail olmaq qeyri-mümkündür. Biz onu xüsusi qeyd edirik ki, Azərbaycan haqlı mövqedədir.
Miqrantlara təzyiq isə çıxış yolu deyil. Onlar Rusiyanın inkişafına, iqtisadiyyatına öz töhvələrini verirlər.