Prezident Tamam Bayatlını Əmək ordeni ilə təltif etdi

19.09.2026

Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

bp şirkətinin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə kommunikasiyalar rəhbəri Tamam Bayatlı 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Azpost.info bildirir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Tamam Bayatlı tanınmış şair Vaqif Bayatlının həyat yoldaşıdır.

Sərəncama əsasən Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə əməkdaşlar yüksək dövlət mükafatları ilə təltif edilib.

bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə kommunikasiyalar rəhbəri Tamam Bayatlı 3-cü dərəcəli “Əmək” ordeni, bp-nin hasilat üzrə meneceri Nuru Mərdanov isə “Tərəqqi” medalı ilə təltif olunub.

AzPost.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью