Prezident tapşırıq verdi: Qəzada həlak olan və xəsarət alanların ailələrinə yardım göstəriləcək Xəbər saytı Son xəbərlər və Hadisələr

25.12.2024

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Dövlət Komissiyası Aktauda baş vermiş qəzanın səbəblərini qısa müddətdə araşdırıb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

BAKU.WS xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı müvafiq Sərəncamda bildirilib.

Sərəncama əsasən, Dövlət Komissiyası qəza nəticəsində həlak olmuş və xəsarət almış şəxslərin ailələrinə müvafiq yardım göstərilməsi təmin etməli, qəza nəticəsində həlak olmuş və xəsarət almış xarici ölkə vətəndaşları ilə bağlı məsələləri həll etməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью