Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Şimaki Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar bildirib ki, federasiya əsaslı danışıqlar əlli ildən çoxdur sınaqdan keçirilsə də, uğursuzluqla nəticələnib və federasiya danışıqları tükənib: “Qutudan kənara çıxmağın vaxtıdır.
Kiprdə real və davamlı razılaşma ancaq iki dövlətli həll yolu ilə əldə edilə bilər”, - deyib.
Bizimyol.info xəbər verir ki, Prezident Ersin Tatar Polşanın paytaxtı Varşavada polşalı jurnalistlərlə görüşüb və Kipr məsələsində son mərhələni dəyərləndirib.
Prezident Tatar Kipr Türk tərəfinin suveren bərabərliyi və bərabər beynəlxalq statusuna əsaslanan yeni həll vizyonunu izah edərək, beynəlxalq ictimaiyyətin Kipr türk xalqına qarşı tətbiq etdiyi qeyri-insani təcridə son qoyması lazım olduğunu vurğulayıb.
Prezident Tatar Polşa xalqının 123 illik müstəqillik mübarizəsinə toxunaraq deyib: “Kipr türk xalqı adada təbii hüquqlara malikdir və 1960-cı ildə bərabərlik əsasında qurulan Kipr Respublikasının qurucu ortaqlarından biridir.
Lakin Kipr Rum tərəfi Kipri Yunanıstana birləşdirmək arzusu ilə silah gücünə Kıbrıs türklərini dövlət idarəçiliyindən kənarlaşdırdı və xalqımın adada ağır şəraitdə yaşamasına səbəb oldu.
Xalqımız bu çətinliklərə tab gətirdi, özünü idarə etdi, öz dövlətini qurdu”.