Prezident TƏSDİQLƏDİ Azərbaycanla Çin arasında viza rejimi ləğv edildi

10.06.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş təsdiqlənib.

Oxu.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Qeyd edək ki, saziş 2025-ci il aprelin 23-də Pekin şəhərində imzalanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью