Icma.az, Bakupost portalına istinadən məlumat verir. ABŞ dövlət başçısı Donald Tramp bu gün İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtis
Bakupost.az "Associated Press"ə istinadən xəbər verir ki, Ağ Evin açıqlamasına görə, uçuş zamanı təyyarədə “kiçik elektrik problemi” aşkar e
Burada Tramp və nümayəndə heyəti başqa bir təyyarəyə minərək səfərə davam ediblər.
Yeni uçuş ilkin qalxışdan təxminən iki saat yarım sonra, gecə yarısına yaxın həyata keçirilib.Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib ki, ekipaj nasazlığı uçuşun əvvəlində müəyyən edib və geri dönmək qərarı tamamilə ehtiyat tədbiri kimi qəbul olunub.
Hadisə zamanı heç bir təhlükə yaranmayıb və prezidentin təhlükəsizliyi ilə bağlı risk olmayıb.Ekspertlər vurğulayırlar ki, ABŞ Prezidenti və ya vitse-prezidentin səfərlərində bu cür qərarlar standart təhlükəsizlik protokollarına uyğundur.
Oxşar hallar əvvəllər də qeydə alınıb: 2011-ci ildə keçmiş prezident Barak Obamanı daşıyan təyyarə əlverişsiz hava şəraiti səbəbindən enişini ləğv etmişdi, 2012-ci ildə isə vitse-prezident Co Baydenin olduğu “Air Force One” quşlarla toqquşsa da, təhlükəsiz şəkildə eniş etmişdi.Hazırda istifadə olunan iki “Air Force One” təyyarəsi 40 ilə yaxındır xidmət edir və istismarda zaman-zaman texniki problemlərlə müşayiət olunur.
Onların əvəzlənməsi üçün yeni Boeing 747-8 təyyarələrinin hazırlanması isə gecikir.
Cavid, BakuPost Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.