Prezident Trampa təşəkkür etdi: Dostluğumuzu yüksək dəyərləndirirəm

17.09.2025

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.

Modern.az xəbər verir ki, dövlət başçısı bu barədə "X"də yazıb.

"Prezident Donald Tramp, təşəkkür edirəm, "TruthSocial" hesabınızda paylaşdığınız xoş sözlərinizə görə minnətdaram. Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsində və tarixi Vaşinqton sammitinə ev sahibliyi etməyinizdə oynadığınız mühüm rolu yüksək qiymətləndirirəm",- Azərbaycan Prezidenti qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, Donald Tramp Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında əbədi dostluğun və formalaşmaqda olan strateji tərəfdaşlığın memarıdır:

"Dostluğumuzu yüksək dəyərləndirirəm".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью