Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Xəbər verdiyimiz kimi, Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündən sonra konsert proqramı təşkil olunub.
“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan konsert zamanı eyni masada yanaşı əyləşərək söhbətləşiblər.