Prezident və ailə üzvləri hansı ali təhsil ocaqlarından məzun olub? ADLAR | Icma.az
Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bir ölkənin idarəçiliyində rol oynayan şəxslərlə bağlı məlumatlar hər zaman diqqət mərkəzindədir.
Prezident və onun ailə üzvlərinin keçdiyi təhsil yolu isə ölkə siyasətinə və cəmiyyətin inkişafına təsir baxımından xüsusilə əhəmiyyətlidir.
Sfera.az bu dəfə ölkə başçısı və ailə üzvlərinin təhsili ilə bağlı məlumatı təqdim edir: Azərbaycan Respublikasının üçüncü Prezidenti Heydər Əliyev - 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməyib.
1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil alıb.
1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin qiyabi şöbəsini bitirib.
Heydər Əliyevin həyat yoldaşı, professor, oftolmoloq Zərifə Əliyeva - 1932–1942-ci illərdə orta məktəbdə təhsil alıb.
1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.
Tam oxu
Xəbəri oxu