Prezident və ailəsi Zəfər parkının açılışında iştirak etdi

08.11.2024

Icma.az bildirir, Publika.az portalına istinadən.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak ediblər.

Publika.az xəbər verir ki, dövlətimizin başçısı burada Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldıb.

Sonra parkdakı Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyulub.

Daha sonra dövlətimizin başçısı xalqa müraciət edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью