Prezident və birinci vitseprezident Heydər Əliyevin məzarını ziyarət edib Yenilənib | Icma…
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq. Xəbərə fotolar əlavə olunub.
***10:28 Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub. Dövlət Himni səsləndirilib.
Ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu