Prezident Yaşar Əliyevə yeni vəzifə verdi

20.12.2024

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev Yaşar Teymur oğlu Əliyevin Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında Sərəncam imzalayıb.

Bununla bağlı President.az məlumat yayıb.

Dövlət başçısının digər sərəncamı ilə, Yaşar Teymur oğlu Əliyev Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью