Prezident yeni idarə yaradıb

15.10.2025

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Prezident İlham Əliyev "Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 21 sentyabr 2018-ci il tarixli və "Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi, "Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 21 sentyabr 2018-ci il tarixli fərmanında dəyişiklik edilməsi barədə" 8 fevral 2023-cü il tarixli fərmanlarında dəyişiklik edib.
Reyting.az
xəbər verir ki, dövlət başçısı bununla bağlı fərman imzalayıb.
Fərmana əsasən, Naxçıvan Regional Turizm İdarəsi yaradılıb.
Bundan başqa, Dövlət Turizm Agentliyinin işçilərinin say həddi 165-dən 181-ə, o cümlədən regional turizm idarələri üzrə 88-dən 104-ə çatdırılıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью