Prezident ziyarət etdi, 3 gün sonra partlayış oldu

26.01.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çinin Şenyan şəhərində yerləşən bazarda güclü partlayış baş verib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə hadisə ilə bağlı görüntülər yayılıb.

Hadisə şəhərdə böyük panikaya səbəb olub və çoxsaylı insanların xəsarət almasına gətirib çıxarıb. Ancaq xəsarət alanların sayı barədə dəqiq məlumat yoxdur.

Yerli rəsmilər hələlik partlayışın səbəbləri barədə açıqlama verməyiblər. Hadisə yerində xilasetmə əməliyyatları davam edir.

Maraqlıdır ki, partlayışın baş verdiyi mərkəz cəmi üç gün əvvəl Çin Sədri Si Szinpin tərəfindən ziyarət edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью