Prezidentdən Azərbaycan Dəmir Yolları QSC ilə bağlı FƏRMAN

25.02.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili haqqında Fərman imzalayıb.

Bununla bağlı President.az məlumat yayıb.

Fərmanla "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinin ona qoşulması formasında yenidən təşkil edilir.

Müəyyən edilir ki, Limanın Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş hüquqları və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью