Prezidentdən “AzerGold” QSC ilə bağlı SƏRƏNCAM | Icma.az
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Prezident İlham Əliyev qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb.Biizm.Media xəbər verir ki, sərəncama əsasən, “AzerGold” QSC nüfuzlu beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı sahəsində mövcud vəziyyətin təhlil edilməsi, müvafiq bazarın öyrənilməsi, aparılacaq təhlillərin nəticəsindən asılı olaraq bu sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflərini dörd ay müddətində hazırlayıb dövlət başçısına, beynəlxalq standartlar nəzərə alınmaqla, qeyri-filiz faydalı qazıntı yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı sahəsində milli standartların təkmilləşdirilməsi üçün təkliflərini altı ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməli, sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll etməlidir.Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Bizim.Media Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu