Prezidentdən bu başçı ilə bağlı qərar: Siyahıdan çıxartdı

16.04.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 iyul tarixli 198 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, sərəncama əsasən Prezident Oğuzun icra başçısını, o cümlədən, Bərdə, Goranboy, İsmayıllı, Qazax, Şəmkir, Tərtər və Tovuz rayon icra başçılarının müavinlərini Təşkilat Komitəsinin üzvlüyündən çıxarıb.

Buna baxmayaraq, Gəncə, Şəki və Yevlax şəhərlərinin, həmçinin Göygöl, Qəbələ, Mingəçevir, Naftalan, Yevlax rayonlarının icra başçılarının müavinləri Təşkilat Komitəsinin üzvü olaraq qalıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью