Prezidentdən bu icra başçıları ilə bağlı SƏRƏNCAM

04.08.2026

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında iki rayonun icra hakimiyyəti başçıları ilə bağlı sərəncamlar imzalayıb.

Adalet.az xəbər verir ki, dövlət başçısının sərəncamı ilə Rəcəb Zakir oğlu Rəhimli Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezidentin digər sərəncamı ilə Nurlan Rauf oğlu Hacıyev Ordubad Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Digər sərəncamla Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezident İlham Əliyevin daha bir sərəncamına əsasən, Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью