Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“III Şuşa Beynəlxalq Media Forumu müstəqil mediamızın tarixində keçirilən ən böyük beynəlxalq tədbirdir.
Çox sevindiricidir ki, hər il biz tədbirdə daha çox xarici medianın təmsil olunduğunu görürük.
Forumda müxtəlif ölkələrə, ayrı-ayrı qütblərə məxsus media nümayəndələri iştirak edir.”Bu fikirləri Bakupost.az-a “APA Holding” MMC-nin prezidenti Vüsalə Mahirqızı deyib.
O, forumda Prezident İlham Əliyevin şəxsən iştirak etməsinə diqqət çəkib:“Burada ən önəmli məsələlərdən biri forumun ilk günündə Azərbaycan Prezidentinin jurnalistlərlə çox açıq və səmimi formatda görüşünün keçirilməsidir.
Orada istənilən jurnalist suallarını ünvanlaya bilir və Prezident İlham Əliyev suallara 3–4 saat ərzində cavab verir.
Bu il də eyni ənənə davam elədi və cənab Prezident orada müxtəlif mesajlar verdi.Bizim üçün isə məhz Azərbaycan mediasının fəaliyyətinə çox ciddi və vacib qiymət verməsi önəmli idi.
Cənab Prezident Azərbaycan mediasının fəaliyyətini çox yüksək qiymətləndirdi.