PREZİDENTDƏN DAHA BİR TƏYİNAT: Saməddin Əsədov nazir müavini təyin olundu | Icma.az
Icma.az bildirir, Mia.az saytına əsaslanaraq. Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin edilib.
"Azərkosmos" ASC-nin İdarə Heyətinin sədri Saməddin Əsədov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunub.
Qeyd edək ki, Saməddin Fəxrəddin oğlu Əsədov 5 iyun 1985-ci ildə Bakı şəhərində anadan olub.
2007-2011-ci illərdə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyyə, uçot və iqtisadi təhlil şöbəsində çalışıb, 2011-2014-cü illərdə "Azərkosmos"da müxtəlif vəzifələri tutub.
2014-2021-ci illərdə "Azərkosmos"da Maliyyə departamentinin direktoru kimi fəaliyyət göstərib.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2021-ci ildə Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmosun İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub/APA Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu