Prezidentdən döyüş bayrağı alan polkovnikə VƏZİFƏ VERİLİB

25.09.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Ordusunun polkovniki Elşən Sanayev yüksək posta təyinat alıb.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, o, bir neçə ay əvvəl korpus komandirinin müavini vəzifəsinə gətirilib.

Qeyd edək ki, Elşən Sanayev bundan əvvəl Hadrutda yaradılan Komando briqadasının komandiri kimi fəaliyyət göstərib.

Onu da bildirək ki, Elşən Tərlan oğlu Sanayev 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. O, döyüşlərdə göstərdiyi xidmətə görə bir sıra dövlət təltiflərinə layiq görülüb.

2021-ci ilin dekabrında Hadrutda yaradılan Komando briqadasının döyüş bayrağı Prezident İlham Əliyev tərəfindən Elşən Sanayevə təqdim olunub.

Elcan Musalı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью