Prezidentdən Fərid Əhmədovla bağlı SƏRƏNCAM

22.11.2024

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Ədliyyə naziri Fərid Əhmədova ali xüsusi rütbə verilib.

Modern.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, nazirə III dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi verilib.

Qeyd edək ki, Fərid Əhmədov 1979-cu ildə Bakı şəhərində anadan olub. O, bu ilin fevral ayında Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью