Prezidentdən Fərid Seyidovla bağlı Sərəncam

07.11.2024

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Fərid Mirmufid oğlu Seyidova “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, Fərid Seyidov bu ilin mayında Prezidentin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyn edilib.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью