Icma.az, Yenisabah saytına istinadən bildirir.
Azərbaycanın U-15 yığmasının baş məşqçisi Famil Xəlilov komandanın dünya çempionatındakı çıxışı ilə bağlı danışıb.
“Yeni Sabah” xəbər verir ki, mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyevin komandanı qəbul edərək təbrik etməsi futbolçulara əlavə motivasiya verəcək. pizza sifarişi
F. Xəlilov Azərbaycan yığmasının Timor-Leste komandasını 6:0 hesabı ilə məğlub etdiyi qarşılaşmanı da dəyərləndirib. Baş məşqçi böyükhesablı qələbədən məmnunluğunu ifadə edərək ilk hissədə müəyyən çətinliklərlə üzləşdiklərini, lakin sonradan toparlanaraq layiqli qələbə qazandıqlarını söyləyib.
Mütəxəssis qarşıda daha güclü rəqiblərlə oyunların olduğunu vurğulayıb.
Qeyd edək ki, U-15 dünya çempionatı və festivalı oktyabrın 30-da başa çatacaq. Azərbaycan komandası oktyabrın 25-də Andorra və Avstraliya, oktyabrın 26-da isə İsrail və Haiti yığmaları ilə qarşılaşacaq. Bütün oyunlar Hövsan Yarış Kompleksinin 10A meydançasında keçiriləcək.