Prezidentdən Gəncə Memorial Kompleksi ilə bağlı Sərəncam

21.10.2026

Olay.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gəncə Memorial Kompleksinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

OLAY yazır ki, Sərəncama əsasən, Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradılacaq.

Nazirlər Kabineti Gəncə Memorial Kompleksinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsinin Azərbaycanın dövlət büdcəsində Mədəniyyət Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilməsini təmin etməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью