Prezidentdən gender bərabərliyi ilə bağlı Sərəncam

29.12.2025

Icma.az, Olay.az portalına istinadən məlumat yayır.

“Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026 - 2028-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib.

OLAY yazır ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirməli, Planının icrası barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir.

Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirməlidir.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью