Prezidentdən Gövhər Baxşəliyeva ilə bağlı Sərəncam

25.11.2024

Icma.az, Sitat.info portalına istinadən məlumatı açıqlayır.

Prezident İlham Əliyev AMEA-nın vitse-prezidenti Gövhər Baxşəliyeva ilə bağlı Sərəncam imzalayıb.

Sitat.info xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmin inkişafında xidmətlərinə görə Gövhər Baxşəli qızı Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, G. Baxşəliyeva AMEA-nın akademik Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktorudur. Sabah onun 70 yaşı tamam olur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью