Prezidentdən həyəcan siqnalı: bir klub da dağıla bilər! maliyyə faciəsi...

26.01.2026

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

İkinci liqada mövsüm maraqlı keçir. Hər yer uğrunda amansız mübarizə gedir. Sonuncu - 12-ci yerdən başqa. Səbəb də bəllidi. Buranın daimi sakini var - “Araz-Saatlı”. 14 oyundan sonra 4 xal toplayan Aran təmsilçisi aşkar autsayderdi. Özü də komanda oyunların çoxunda böyük hesabla uduzub.

Klub prezidenti Ədalət Abdullayev “Futbol+”ə son açıqlamasında qışda heyətin təcrübəli futbolçularla güclənəcəyini demişdi.
Bəs hazırda vəziyyət necədi, təlim-məşq toplanışı necə keçir? Ədalət bəy suallarımızl belə cavabladı:

“Çempionatın ikinci hissəsinin hazırlığına hələ ki start verməmişik. Ciddi maliyyə problemlərimiz var. Sponsor və ya digər maliyyə kanalları tapa bilməsək, klubun gələcək taleyi ilə bağlı ciddi qərar verməli olacağıq. Artıq növbəti böyükhesablı məğlubiyyəti həzm edəcək gücümüz qalmayıb. Bu 3 ilə yaxın müddət ərzində əlimizdən gələndən daha artığını etməyə çalışdıq. Təəssüf ki, bazar şərtləri çox amansızdı və klubların sponsorlar, reklam cəlb etməsi təbii yolla, demək olar ki, mümkünsüzdü. Bu şərait yalnız üç-beş futbol fədaisinin borclanmasına səbəb olur, vəssalam”.

MÜZƏFFƏR QULUZADƏ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью