Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı adətən dövlət və hökumət başçılarının mövqelərini təqdim etdiyi platforma kimi çıxış edir.
Lakin Prezident İlham Əliyevin Davosda apardığı müzakirələr, verdiyi mesajlar və liderlərlə interaktiv dialoqu bu çərçivəni aşaraq liderlik üzrə tam formatlı siyasi master-klass təsiri bağışladı.
Bu səbəbdən artıq söhbət təkcə çıxışdan deyil, beynəlxalq ekspert dairələrində formalaşan “Davosda Əliyev fenomeni”ndən gedir”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov deyib.
O bildirib ki, Prezident İlham Əliyevin Davosdakı mövqeyi bir əsas tezis üzərində qurulurdu: “Qlobal qeyri-müəyyənlik şəraitində dövlətlərin xilas yolu milli maraqlara söykənən praqmatik siyasətdən keçir.
Onun çıxışları göstərdi ki, milli maraqlar qapanma deyil, düzgün idarə olunduqda qlobal əməkdaşlıq üçün açar mexanizmə çevrilir.
Bu yanaşma Davos auditoriyası üçün klassik liberal tezislərdən fərqli olaraq realist, nəticəyönümlü və praktik liderlik modeli kimi qəbul edildi.