Prezidentdən MÜHÜM QƏRAR: İrana yardım GÖNDƏRİLİR KONKRET

10.03.2026

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və İran İslam Respublikasının Prezidenti cənab Məsud Pezeşkian arasında 2026-cı il 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana humanitar yardım yola salınıb.

KONKRET.az xəbər verir ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə İran İslam Respublikasına yola salınan humanitar yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600 kq-a yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью