Prezidentdən Qarabağla bağlı yeni QƏRAR

28.08.2025

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Bərdədən Xankəndiyə köçürülür. 

Redaktor.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” 12 avqust 2021-ci il tarixli Fərmanında dəyişiklik edib. 

Dəyişikliyə əsasən, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin fəaliyyəti Xankəndi şəhərini və Ağdərə rayonunu da əhatə edəcək.

Nazirlər Kabineti və Dövlət Komitəsi Fərmandan irəli gələn məsələləri həll etməlidir. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью