Prezidentdən qərar: Bu agentlik ləğv olunur

23.11.2024

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmə təkmilləşdiriləcək.

Axar.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin funksiyalarının aidiyyəti üzrə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə ötürülməsinin təmin edilməsi ilə bağlı bir ay müddətində zəruri tədbirlər görməli, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью