Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Zəngəzur dəhlizinin reallaşması mahiyyət etibarilə Şimal-Cənub dəhlizinin başqa istiqamətini açacaq".
Bunu dövlət başçısı İlham Əliyev Şuşa Qlobal Media Forumu zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, təkcə hamının haqqında danışdığı bir istiqamətə - Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil, həm də Şərqi Zəngəzur və Zəngəzur bölgəsinin digər hissələrindən İrana, oradan da Türkiyəyə gedəcək: "Bu, yük axınının həcminin artırılması üçün böyük perspektivlər açır".Politoloq Zaur Məmmədov "Sherg.az"a deyib ki, qeyd edilənlərdən aydın olur ki, Azərbaycan tərəfi Zəngəzur dəhlizi ilə bağlı həm siyasi, həm texniki prosedurları həyata keçirib: "Məsələnin hələ də həllini tapmamasının səbəbi Ermənistan baş naziri Nikol Paşinyanın müxtəlif səbəblərdən qərar verə bilməməsi ilə bağlıdır.
Son zamanlar mövzu ətrafında geosiyasi rəqabətin açıq müstəviyə keçdiyini nəzərə alsaq, hazırda bu mövzuya diqqət həm qlobal dairələr, həm də qonşu dövlətlər tərəfindən artmaqdadır.
Hətta təzyiqləri də müşahidə etməkdəyik. Məlumdur ki, ABŞ-nin yolu kurasiyaya götürməsi ilə bağlı bəzi xarici media orqanlarında məlumatlar
Bu kontekstdə Prezident İlham Əliyevin ABŞ şirkətinin Zəngəzur dəhlizini icarəyə götürməsi məsələsinə münasibəti olduqca vacibdir.
Prezident İlham Əliyev 3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bu məsələyə toxunub.