Prezidentdən Şahin Mustafayevlə bağlı Sərəncam

12.06.2025

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Prezident İlham Əliyev Baş nazirin müavini Şahin Mustafayevlə bağlı Sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Şahin Abdulla oğlu Mustafayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, sabah Ş. Mustafayevin 60 yaşı tamam olur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью