Prezidentdən yay transfer pəncərəsiylə bağlı təklif

26.02.2025

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İtaliya A Seriyasının prezidenti Ezio Simonelli maraqlı açıqlama verib. SİA xəbər verir ki, yay transfer pəncərəsinin yarışın ilk turu başlamazdan əvvəl bağlanmasını istədiyini bildirib: “Çempionat başlamazdan əvvəl pəncərənin bağlanmasını istəyirik, eyni şey İngiltərə Premyer Liqasına da aiddir. Lakin La Liqa avqustun 31-dən əvvəl pəncərəni bağlamayacaq və deyəsən, Bundesliqa və Liqa 1-də də eyni şey olacaq. Buna nail olmaq üçün yekdilliyə ehtiyacımız var və bu, o qədər də asan deyil”.

Qeyd edək ki, hazırda Avropada yay transfer pəncərəsi iyunda açılır və avqustun 31-də bağlanır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью