Icma.az, Marja.az saytına istinadən bildirir.
Prezident İlham Əliyev Azərbaycanın İsveçrə Konfederasiyası və Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfirlərinin təyin edilməsi ilə bağlı sərəncamlar imzalayıb.
Marja xəbər verir ki, sərəncamlara əsasən, Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Digər sərəncamla Anar Keykavus oğlu Əcəmov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
Hər iki sərəncam 4 sentyabr 2026-cı il tarixində imzalanıb.