Prezidentdən yeni nazir müavini təyinatları

15.04.2025

Icma.az, Sitat.info saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Anar Kərimov əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib.

Sitat.info-nun məlumatına görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Anar Mehman oğlu Kərimov maliyyə nazirinin birinci müavini təyin olunub.

Həmçinin Himalay Qabil oğlu Məmişov maliyyə nazirinin müavini təyin edilib.

Qeyd edək ki, Himalay Məmişov hazırkı vəzifəsinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью