Prezidentdən yeni nazir müavini təyinatları

15.04.2025

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Anar Kərimov əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib.

“Cebheinfo.az"ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Anar Mehman oğlu Kərimov maliyyə nazirinin birinci müavini təyin olunub.

Həmçinin Himalay Qabil oğlu Məmişov maliyyə nazirinin müavini təyin edilib.

Qeyd edək ki, Himalay Məmişov hazırkı vəzifəsinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

"Cebheinfo.az"

Açar sözlər: nazir sərəncam müavin maliyyə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью