Prezidentdən yeni rektor Təyinatı

04.11.2024

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident İlham Əliyev Azərbaycan Texnologiya Universitetinə yeni rektor təyin edib.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısının Sərəncamı ilə Yaşar Adil oğlu Ömərov Azərbaycan Texnologiya Universitetinin rektoru təyin edilib.

47 yaşlı Y.Ömərov bu təyinatadək təhsil sahəsində müxtəlif vəzifələrdə çalışıb. 2021-ci ilin iyulundan başlayaraq Y.A.Ömərov Azərbaycan Texnologiya Universitetində elm və innovasiya məsələləri üzrə prorektor və sonradan tədris işləri üzrə prorektor səlahiyyətlərini icra edib, 2022-ci ilin iyulundan isə rektoru əvəz edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью