Prezidentə at hədiyyə olundu FOTO

22.08.2025

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkmənbaşı şəhərində “Axaltəkə” atlarına və milli “Galkynysh” atlı qrupunun çıxışına baxıblar.

Lent.az xəbər verir ki, sonda Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulı Berdiməhəmmədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və türkmən xalqı adından dövlətimizin başçısına “Taus” ləqəbli “Axaltəkə” atını hədiyyə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью