Prezidenti aeroportda simvolik içki ilə qarşıladılar Video

02.02.2026

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər edib.

“Qafqazinfo”nun məlumatına görə, hava limanında Prezident üçün xüsusi qarşılanma mərasimi təşkil edilib.

Mərasimdə ona krallığın ənənəvi qonaqpərvərliyinin bir hissəsi olaraq kiçik fincanda ərəb qəhvəsi də təqdim edilib.

Prezident qəhvədən içərək öz səmimiyyətini ifadə edib, dostluq jestinə müsbət qarşılıq verib.

Qeyd edək ki, ərəb qəhvəsi BƏƏ mədəniyyətində istilik, hörmət və dostluq simvolu daşıyır. Bunu nəzakətlə də olsa, geri çevirmək hörmətsizlik kimi başa düşülə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью