Prezidentimiz Davos Forumunda arzulanan liderlərdən biridir Aydın Mirzəzadə | Icma.az
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. "Azərbaycan Prezidenti vaxtaşırı beynəlxalq tədbirlərdə iştirak edir.
Prezidentin iştirakı Azərbaycan üçün maraq doğuran məsələlərin müzakirə edilməsinə, xarici tanınmış şirkətlərlə Azərbaycanın əməkdaşlığının gücləndirilməsinə, beynəlxalq birlikdə əməkdaşlığın və sülhün bərqərar edilməsinə yönəlir".
Bunu Redaktor.az-a Milli Məclisin deputatı Aydın Mirzəzadə Prezident İlham Əliyevin Davos Ümumdünya İqtisadi Forumunda iştirakından və etdiyi çıxışlardan danışarkən qeyd etdi.
"Cənab prezidentimiz Davos forumunda arzulanan liderlərdən biridir.
Təsadüfi deyil ki, onun haqqında digər ölkə rəhbərləri, tanınmış iş adamları həmişə yüksək fikirlər söyləyirlər.
Edilən görüşlər də ilk növbədə Azərbaycanla xarici ölkələr, böyük şirkətlər arasında əməkdaşlıq məsələlərinin müzakirəsinə həsr olunur.
Bu, iqtisadiyyatımıza investisiya qoyulmasına, Azərbaycana yeni texnika-texnologiya gətirilməsinə, eyni zamanda Azərbaycan investisiyasının ayrı-ayrı layihələrə cəlb edilməsində böyük rol oynayır.
Prezidentimizin müzakirələrdə etdiyi çıxışlar da böyük maraq doğurur.
Tam oxu
Xəbəri oxu