Prezidentin BƏƏ yə səfəri bir neçə cəhətdən vacibdir | Icma.az
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq. "Cənab Prezidentin BƏƏ-yə səfəri bir neçə cəhətdən vacibdir.
Həm birbaşa BƏƏ ilə münasibətlərin qurulması və genişləndirilməsi baxımından vacibdir.
BƏƏ o regionun ciddi iqtisadi güclərinin mərkəzlərindən biridir".
Bu sözləri SİA-ya açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.
Onun sözlərinə görə, onların şəhərlərindən olan Əbu-Dabi geniş inkişaf etmiş bir zonadır: "Onlarla müəyyən iqtisadi əlaqələrin qurulması Azərbaycan üçün həddindən artıq vacibdir.
Onlar da Azərbaycanla əlaqələr qurmaqda maraqlıdırlar. Konkret olaraq iki dövlət arasında qarşılıqlı bir münasibət yaranır".
Akif Nağı sözlərinə belə davam edib: "Digər tərəfdən isə bu gün ərəb dünyası ilə bağlı dünyada münasibətlərin quurlması, müəyyən imkanlarda istifadə olunması ilə bağlı bir rəqabət gedir.
Azərbaycan şükürlər olsun ki, bu proseslərin içərisindədir və kifayət qədər uğurlu bir siyasət aparır.
Tam oxu
Xəbəri oxu