Sia Az saytına istinadən Icma.az xəbər verir. "Prezident “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru “Vesti nedeli”
Bu müsahibə özündə bir sıra mühüm mesajları ehtiva etdi deyə bilərik". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
O bildirib ki, Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə münasibətləri, Rusiya-Ukrayna cəbhəsində baş verənlər, Ermənistanla nəzərdə tutulan sülh sazişi ilə bağlı detallar, Avqopa İttifaqı müşahidə missiyasının fəaliyyəti, soydaşlarımızın Qərbi Azərbaycandan qovulması və onların hüquqları, Gürcüstanda hazırki vəziyyət, Fransanın regionda oynadığıkı destruktiv fəaliyyəti və bir sıra digər məsələlərlə bağlı olduqca maraqlı açıqlamaların şahidi olduq: "Müsahibənin ən vacib məqamlarından biri Rusiya ilə NATO arasında baş verə biləcək müharibə ehtimalı ilə bağlı oldu.
Cənab Prezident Azərbaycanın NATO və Rysiya arasında gərgin münasibətlərin aradan qaldırılması üçün töhfə verə biləcəyinin anonsunu verdi.
Həqiqətən də ölkəmizin istər Qərbdə, istərsə də Şərqdə müstəqil xarici siyasət yürüdən, tamamilə müstəqil mövqeyə malik ölkə olaraq qəbul edilməsi, eləcə də həm Rusiya, həm də NATO üzvü olan Türkiyə ilə münasibətləri vasitəçi ölkə qismində çıxış etmək imkanı verir.
Müsahibədə diqqət çəkən məqamlardan biri ölkəmizdə Türkiyənin hərbi bazasının yerləşdirilməsi ehtimalı ilə bağlı oldu.
Məlumdur ki, Türkiyə Azərbaycan ordusunun hərbi potensialının artıırlmasında əvəzsiz xidmətləri olan bir ölkədir.
Türkiyənin Azərbaycan Ordusunun müasirləşdirilməsində, NATO standartlarına keçməsində, döyüş qabiliyyətinin artmasında çox böyük rolu var.