Prezidentin bu görüntüləri müzakirələrə səbəb oldu Video

30.01.2026

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Argentina Prezidenti Xavyer Mileyinin paytaxt Buenos-Ayresdə keçirilən şou proqramında səhnəyə çıxaraq mahnı oxuması ölkədə müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, prezidentin gözlənilməz çıxışı sosial şəbəkələrdə sürətlə yayılıb.

Miley keçmiş sevgilisi, aktrisa Fatima Florezin iştirak etdiyi şouya qonaq qismində qatılıb. “Gran Rex” Teatrında baş tutan tədbir zamanı səhnəyə çıxan Argentina Prezidenti məşhur argentinalı sənətçi Sandronun mahnılarını ifa edib. Sözügedən anları Miley daha sonra şəxsi sosial media hesablarında da paylaşıb.

Prezidentin səhnə performansı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Bununla yanaşı, görüntülər sosial mediada həm təəccüb, həm də tənqidlərə yol açıb. Bəzi istifadəçilər Mileyin səmimi və qeyri-rəsmi davranışını müsbət qiymətləndirsə də, digərləri dövlət başçısının səhnə çıxışını uyğun hesab etməyiblər.

Fatima Florez Argentinada teatr və parodiya çıxışları ilə tanınan məşhur aktrisalardandır. O, daha əvvəl öz şoularında Xavyer Mileyi təqlid etməsi ilə də diqqət çəkmişdi. Florez və Miley 2023-2024-cü illərdə sevgili olub və münasibətləri uzun müddət ölkə mediasında müzakirə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью