Prezidentin bu ifadəsi Azərbaycan modelində qurulan təhlükəsizlik zolağının təbliğatıdır M…
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Prezident İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak edir.
İsveçrəyə səfər zamanı bir sıra görüşlər keçirilib və dövlət başçısı “Euronews” televiziyasına müsahibə verib.
Prezident qeyd edib ki, Azərbaycan da daxil olmaqla hər bir ölkə sərhədləri boyu sabitlik haqqında düşünməlidir.
Redaktor.az-a danışan Milli Məclisin komitə sədri, deputat Fazil Mustafa vurğuladı ki, dünyanın həm dövlət başçıları, həm də iqtisadi sferada böyük gücə sahib olan şirkətlərin nümayəndələri burada yer alırlar: "Burada münasibətlərin qurulması, əməkdaşlığın davam etməsi kimi məsələlər müzakirə olunur.
Ölkə prezidenti təkcə dövlət başçıları ilə, onların ayrı-ayrı nümayəndələri ilə görüşmür, həm də şirkətlərin nümayəndələri ilə də görüşür.
Azərbaycana investisiya cəlb olunması istiqamətində xeyli təşəbbüslər ortaya qoyur.
Azərbaycanın önəmi ilə bağlı onlara müəyyən perspektivlərin anladılması üçün işlər görür.
Tam oxu
Xəbəri oxu