“Prezidentin bu səfəri münasibətləri yeni müstəviyə daşıyacaq”

03.02.2026

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycanla İslam ölkələri, ərəb ölkələri arasında münasibətlər artan xətt üzrə getməkdədir. O cümlədən Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasındakı münasibətlər də yüksələn xətlə davam edir”.

Bunu xalqcebhesi.az-a açıqlamasında "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

M.Göyüşlü münasibətlərin bu səviyyəyə gəlməsində hər iki ölkənin dövlət başçılarının xüsusi rolu olduğunu vurğulayıb: “Prezident İlham Əliyevin BƏƏ-yə bu səfəri də iki ölkə arasındakı münasibətləri yeni bir müstəviyə daşıyacaq. Siyasi, iqtisadi, enerji əlaqələri ilə bağlı çox faydalı çalışmalar həyata keçirilməkdədir. İki dövlət başçısının görüşlərində də bu məsələ xüsusi vurğulanır”.

Siyasi şərhçinin bildirdiyinə görə, diqqətçəkən məqamlardan biri də hərbi əməkdaşlıq məsələsidir: “Azərbaycan hərbçilərinin BƏƏ-də səfərdə olması, oradakı təlimlərə qatılması, ümumiyyətlə, iki ölkənin hərbi əməkdaşlıq məsələsi də xüsusi diqqətçəkən bir məqamdır. Hesab edirəm ki, iki ölkənin əməkdaşlığı bundan sonra da davam edəcək və qarşılıqlı olaraq tərəflərə çox böyük faydalar gətirəcək”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью