Prezidentin cavabları göstərdi ki, Azərbaycan tarixi yeni bir mərhələyə qədəm qoyub Sabir …
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Mətbuatımızın 150 yaşı tamam olur və bu, Azərbaycan tarixi üçün olduqca önəmli hadisədir.
Çünki müasir Azərbaycanın quruculuğu, müstəqil dövlətin formalaşması birbaşa mətbuatla bağlıdır".
Bu fikirləri Milli Mətuatın 150 illiyi ilə bağlı Redaktor.az-a danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi və Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı bildirdi.
O qeyd etdi ki, Həsən bəy Zərdabi və Mirzə Fətəli Axundzadə bugünkü Azərbaycanın mənəvi həyatının, milli dövlətçilik ənənələrinin və demokratik düşüncəsinin təməlini qoyan şəxsiyyətlərdəndir: "Onlar dost idilər və nə istədiklərini çox gözəl bilirdilər.
“Əkinçi” qəzetini yaradan Həsən bəy Zərdabi, əslində, Azərbaycanda demokratik və açıq sözün təməlini qoydu və cəmiyyəti mətbuatın gücünə inandırdı.
“Əkinçi” ilə başlanan bu yol zamanla genişləndi və inkişaf etdi. XIX əsrin sonlarında artıq başqa qəzetlər də nəşr olunmağa başladı.
Həsən bəy Zərdabi, eyni zamanda, yeni nəsil jurnalistlərin, alimlərin və mədəniyyət xadimlərinin yetişməsinə təkan verdi.
Tam oxu
Xəbəri oxu