Prezidentin Davosdan verdiyi mesaj: Avropanın seçimi yoxdur, yol Bakıdan keçir | Icma.az
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Prezident İlham Əliyevin Davos Ümumdünya İqtisadi Forumunda iştirakı sadəcə diplomatik aktivlik deyildi.
Bu iştirak qlobal güc mərkəzlərinə ünvanlanan açıq, sərt və ideoloji mesaj idi.
Davos tribunası bir daha göstərdi ki, Azərbaycan artıq beynəlxalq proseslərin kənarında dayanan ölkə deyil, oyunun qaydalarını diktə edən aktordur”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev Davosda illərlə Qərbin, xüsusən Avropanın Azərbaycana münasibətdə tətbiq etdiyi ikili standartlarını diplomatik dillə deyil açıq şəkildə ifşa etdi.
“Azərbaycanın müstəqillik dövrü təzyiqlər, ədalətsiz yanaşmalar və selektiv beynəlxalq hüquq fonunda keçib.
Lakin Bakı heç vaxt milli maraqlarından geri çəkilmədi. Səbr etdi, dirəndi və zamanın öz xeyrinə işləməsinə nail oldu.
Tam oxu
Xəbəri oxu